×
A
A
A
Sazlamalar

Rəssam Vinsent van Qoqun İngiltərədə fəaliyyət göstərdiyi illərə aid əşyalar tapılıb

London, 21 mart , AZƏRTAC

Hollandiyalı rəssam Vinsent van Qoqun İngiltərədə fəaliyyət göstərdiyi illərə aid əşyalar tapılıb.
AZƏRTAC xəbər verir ki, təmir işləri aparılarkən çardaqdan tapılan sığorta sənədləri, dua kitabçası və sulu boya ilə rənglənmiş bir neçə çiçək rəsminin 1873-1874-cü illərdə burada yaşayan Van Qoqa aid olduğu öyrənilib.
Van Qoq sənətinin tədqiqatçısı Martin Beili o illərdə rəssamın Londondakı sənət qalereyalarından birində köməkçi vəzifəsində çalışdığını və bu dövrün ona dərindən təsir etdiyini bildirib. Tapılan rəsm əsərləri isə rəssamın yaradıcılığının ilk dövrünə təsadüf edir.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Mədəniyyət 2019-03-21 08:26:00