×
A
A
A
Sazlamalar

Naxçıvanqalada Novruz bayramı münasibətilə ümumxalq şənlikləri davam edir

Naxçıvan, 20 mart, AZƏRTAC

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində martın 19-dan başlayan ümumxalq şənliyi davam edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, builki Novruz bayramında musiqi kollektivlərinin və xalq sənətkarlarının iştirakı, Novruz adətlərimizin və milli dəyərlərimizin nümayişi böyük marağa səbəb olub.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümünün tamam olduğu bu il Novruz bayramı muxtar respublikada ikiqat bayram əhval-ruhiyyəsi yaradıb. Yüzlərlə şəhər sakininin və turistin, xüsusən çoxsaylı gəncin iştirak etdiyi şənlikdə muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən ictimai-iaşə xidməti göstərilir. Bayram tədbirinə ailə təsərrüfatları tərəfindən çıxarılan məhsullar, xüsusilə milli şirniyyat və mətbəx nümunələri böyük marağa səbəb olub.

Regionlar 2019-03-20 19:40:00