×
A
A
A
Sazlamalar

Təbiətin gözoxşayan dəyişikliklərini müşahidə etmək istəyənlər milli parklara gələ bilərlər

Bakı, 20 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin gözoxşayan dəyişikliklərini müşahidə etmək, yazın ətrini duymaq, füsunkar gözəlliklərdən həzz almaq istəyənləri Novruz bayramı tətili günlərində milli parklarımıza səyahət etməyə dəvət edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, milli parklara səyahət etməklə flora və faunanı daha yaxından seyr etmək və təbiət obyektləri barədə ətraflı məlumat almaq mümkündür.
Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Ekologiya 2019-03-20 16:18:00