×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər

Bakı, 20 mart, AZƏRTAC 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Bununla yanaşı, general-polkovnik Z.Həsənov martın 23-də Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.
Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatılacağı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək.

Ordu 2019-03-20 15:31:00