×
A
A
A
Sazlamalar

Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb

Ağdam, 20 mart, AZƏRTAC

Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə bayram konserti təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayon ictimaiyyətinin nümayəndələri əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıblar. Çıxışlarda ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışılıb, Novruz tonqallarının tezliklə işğaldan azad edilmiş torpaqlarımızda qalanmasına əminlik bildirilib.
Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bayramı onlarla bir yerdə keçirdiklərinə görə Ağdam ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Hərbi hissəyə bayram sovqatı verilib. Tədbirdə rayon musiqiçiləri tərəfindən təqdim edilən rəngarəng konsert proqramı əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb.
Sonra rayon ictimaiyyətinin nümayəndələri hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar ediblər.

Regionlar 2019-03-20 13:20:00