×
A
A
A
Sazlamalar

Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Bakı, 20 mart, AZƏRTAC

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən kafedə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ümumi sahəsi 100 kvadratmetr olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 kvadratmetr sahədə əriyib.
Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəmiyyət 2019-03-20 09:21:00