×
A
A
A
Sazlamalar

Novruz bayramına qədər 1200 şəhidin 1928 vərəsəsinə birdəfəlik ödəmə verilib

Bakı, 19 mart, AZƏRTAC 

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhid vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin edilməsi işləri davam etdirilir.
Bu istiqamətdə mühüm addım kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya tərəfindən martın 11-də keçirilmiş iclasda vərəsələrdən böyük bir qrupuna - 1200 şəhidin 1928 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin vərəsələrin bank hesablarına birdəfəlik ödənişlərin köçürülməsi başa çatdırılıb.
Vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 min 268 nəfər təşkil edir. Ötən il noyabrın əvvəllərindən həmin şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu günədək 5491 şəhidin 7894 vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.

Sosial 2019-03-19 19:10:00