“La Skala” Səudiyyə Ərəbistanının ianələrindən imtina etdi
Bakı, 19 mart, AZƏRTAC
Milanın “La-Skala” Teatrı Səudiyyə Ərəbistanının ianələrindən imtina etmək qərarına gəlib. Bu, jurnalist Camal Kaşıkçının öldürülməsi ilə əlaqədar baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “La Stampa” qəzeti Milanın meri Cüzeppe Salaya istinadla yayıb.
Xəbər verdiyimiz kimi, nəşr martın 7-də “La-Skala” ilə Səudiyyə Ərəbistanının hakimiyyət orqanları arasında razılaşmadan yazıb. Bu razılaşma beş il ərzində Ər-Riyad tərəfindən teatra 3 milyon avro ödənilməsini nəzərdə tuturdu. Bunun müqabilində Səudiyyə Ərəbistanının nümayəndəsi teatrın Direktorlar Şurasında təmsil olunmalı idi.
C.Sala deyib: “Biz yekdilliklə pulları geri qaytarmaq qərarına gəldik”.
Nəşrin yazdığına görə, qərar Direktorlar Şurası tərəfindən qəbul edilib. Mer bildirib ki, teatrın direktoru Aleksandr Pereyra tərəfdaş axtarışı baxımından bu məsələdə vicdanla hərəkət edib, lakin vəziyyət nəzarətdən çıxıb.
Daha əvvəl yayılan məlumata görə, teatrın Ər-Riyadla əməkdaşlığı barədə xəbər İtaliyanın bir sıra nüfuzlu siyasətləri tərəfindən etirazla qarşılanıb.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir