×
A
A
A
Sazlamalar

Novruz bayramı insanlara sonsuz sevinc bəxş edir

Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Novruz bayramına həsr olunmuş tədbir keçirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə müəssisənin direktoru, professor Maisə Rəhimova xalqımızın dəyərli adət-ənənələri, müqəddəs Novruz bayramı haqqında danışıb. Vurğulanıb ki, qədim, müqəddəs bayramlarımızdan olan Novruz insanlara sonsuz sevinc, fərəh və xoşbəxtlik bəxş edir.
M.Rəhimova bayram münasibətilə əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.
Digər çıxış edənlər də Novruz bayramı ilə bağlı ürək sözlərini söyləyiblər.
Sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Elm və təhsil 2019-03-19 18:30:00