Monteneqroda İmadəddin Nəsimi haqqında məqalə dərc edilib
Podqoritsa, 19 mart, AZƏRTAC
Ölkəmizin mədəniyyətinin təbliğ olunmasına xidmət edən Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin layihəsi çərçivəsində Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında Monteneqro dilində silsilə məqalə yayımlanma ənənəsi davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı www.avlija.me portalında şairin həyat və yaradıcılığı haqqında geniş məqalə dərc edilib. Məqalədə, həmçinin Prezident İlham Əliyevin bu ili “Nəsimi ili” elan etməsi xüsusi qeyd edilib.
Xatırladaq ki, sözügedən portalda mütəmadi olaraq “Azərbaycan zəngin mədəniyyət irsi olan ölkədir”, “Bəxtiyar Vahabzadə - Azərbaycanın azadlıq şairi”, “Mədəniyyət sərhəd tanımır”, “Hüseyn Cavid müqavimət və maarifləndirmə simvoludur”, “Nizami Gəncəvi dahi epik şair”, “Məhəmməd Füzuli – Azərbaycan şairi” başlıqlı məqalələr yer alıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Monteneqro
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir