×
A
A
A
Sazlamalar

Yanvarda muzdla çalışan işçilərin əməkhaqqı 557,2 manat olub

Bakı, 19 mart, AZƏRTAC

Yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 557,2 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əməkhaqqı neft sektorunda 2995,8 manat, qeyri-neft sektorunda 499,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 443,1 manat, özəl müəssisələrdə isə 707,1 manatdır.

Maliyyə 2019-03-19 18:06:00