×
A
A
A
Sazlamalar

ADNSU-nun “DOST xonçası” 85 yaşlı Anna Sokolovaya təqdim edilib

Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin əməkdaşları ömrünün 56 ilini şərəfli müəllim peşəsinə həsr etmiş 85 yaşlı Anna Sokolovanı Novruz bayramı münasibətilə təbrik ediblər.
A.Sokolova doğulduğu və yetkinlik yaşınadək yaşadığı Altıağacda keçirilən Novruz bayramı ilə bağlı xatirələrini bölüşüb.

Elm və təhsil 2019-03-19 17:55:00