×
A
A
A
Sazlamalar

“Azərmarka” MMC Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxıb

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-dan etibarən “Azərmarka” MMC tərəfindən Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, 6 markadan ibarət kiçik vərəq formasında olan markalar - “Bahar qızı” “Keçəl” və “Kosa” kimi Novruz atributlarına həsr olunub.
Eyni zamanda, “Aşıq” və “Yuxayayan qız” adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib. Hər markanın ölçüsü 28x40 millimetrdir. Həmçinin 200 ədəd “Birinci gün” zərfləri də hazırlanıb. Orijinal poçt markalarının tirajı 30 min nüsxədir.

İqtisadiyyat 2019-03-19 17:47:00