×
A
A
A
Sazlamalar

Yardımlıda Novruz şənliyi keçirilib

Yardımlı, 19 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 19-da Yardımlı Rayon Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə milli adət-ənənələrimizi özündə əks etdirən sərgilər, milli mətbəxin nümunələri ilə tanış olublar.
Sonra bayram tonqalı yandırılıb.
Novruzun personajları olan Dədə Qorqud, Bahar qızı, Keçəl və Kosa tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik ediblər.
Tədbirdə Kosa və Keçəlin ifasında yumoristik səhnəciklər, idmançıların çıxışları şənliyə xüsusi rəng qatıb.
Bayram tədbiri konsert proqramı ilə davam edib.

Regionlar 2019-03-19 17:32:00