×
A
A
A
Sazlamalar

Audit tədbirləri üzrə monitorinqin nəticələrinə dair auditor hesabatları dinlənilib

Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında 2018-ci il üçün iş planı üzrə aparılmış bir sıra audit tədbirləri üzrə həyata keçirilmiş monitorinqin nəticələrinə dair auditor hesabatları dinlənilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, monitorinqlər Hesablama Palatası kollegiyasının müvafiq qərarlarının icra vəziyyətini, o cümlədən bu qərarların icrasına dair qurumlar tərəfindən təqdim edilmiş məktublarda əks etdirilmiş məlumatların nəzarət obyektində yoxlanılmasını əhatə edib.
İclasda auditor hesabatları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İqtisadiyyat 2019-03-19 17:31:00