×
A
A
A
Sazlamalar

Yanvar-fevral aylarında Azərbaycandan 220 tondan çox çay ixrac olunub

Bakı, 19 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında ölkədən 228 ton çay ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən çayın dəyəri 1 milyon 443 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, yanvarda Azərbaycana dəyəri 1 milyon 246 min dollar olmaqla 192 ton çay ixrac edilib. Eyni zamanda, iki ay ərzində ölkəyə 7 milyon 254 min dəyərində 1936 ton çay idxal olunub.

İqtisadiyyat 2019-03-19 17:18:00