×
A
A
A
Sazlamalar

“Azərenerji” ASC bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bakı, 19 mart, AZƏRTAC
Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar “Azərenerji” və “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə enerji sisteminin dayanıqlılığı və etibarlılığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyinin göstərişinə əsasən hər iki qurumun mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub, eyni zamanda, sistem əhəmiyyətli stansiya və yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin olunub.

Energetika 2019-03-19 17:01:00