×
A
A
A
Sazlamalar

Yüz yaşlı BDU “DOST xonçası”na 100 xonça ilə qoşulub

Bakı, 19 mart, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, 100 illik yubileyi ərəfəsində olan Bakı Dövlət Universiteti tənha, yaşlı insanlarla bayramlaşmaq, cəmiyyətdə onlara diqqət və qayğını təşviq etmək məqsədilə 100 xonça hazırlayıb.
BDU-nun əməkdaşları tənha, yaşlı insanlarla yanaşı, universitetin qaçqın, məcburi köçkün olan və təsərrüfat sahəsində çalışan işçilərinə də bayram xonçası təqdim edib, onları bu gözəl bayram münasibətilə təbrik ediblər.

Elm və təhsil 2019-03-19 16:50:00