×
A
A
A
Sazlamalar

İki ayda 80,3 milyon manatlıq tikinti materialı istehsal edilib

Bakı, 19 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 12,8 faiz artaraq 80,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, tikinti kərpicinin istehsalı 74,2 faiz, tikinti əhənginin istehsalı 64,1 faiz, sementin istehsalı 45,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 13,6 faiz artıb, tikinti gipsinin istehsalı 59,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 46,2 faiz azalıb.

Tikinti̇ 2019-03-19 16:42:00