×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 300 milyon manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.2807 AZN (8.99 faiz) ilə 99.4388 AZN (7.01 faiz) arasında olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 233,329,700 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2807 AZN (8.99 faiz), orta ölçülmüş qiyməti 99.3010 AZN (8.7383 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 233,329,700 AZN təşkil edib.
Notlar aprelin 17-də ödəniləcək.

Maliyyə 2019-03-19 16:35:00