×
A
A
A
Sazlamalar

Azərbaycan Universiteti “DOST xonçası” kampaniyasına qoşulub

Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində ali məktəbin əməkdaşları Bakının Bilgəh kəndində tənha yaşayan 83 yaşlı Ağakərim Babayevin qonağı olub, “DOST xonçası”nı ona təqdim ediblər. A.Babayevi Azərbaycan Universitetinin kollektivi adından təbrik edən əməkdaşlar onunla həmsöhbət olublar.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi aksiyada məqsəd tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən bu adət-ənənəmizi qoruyub saxlamaqdır. Aksiyaya istənilən qurum və hər kəs qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə “Facebook” səhifəsində postlarını #dostxonçası həştəqi altında paylaşmaları xahiş olunur.

Elm və təhsil 2019-03-19 16:24:00