×
A
A
A
Sazlamalar

Respublika Seysmoloji Xidmət Mərkəzində Novruz bayramı qeyd olunub

Bakı, 19 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Novruz bayramı münasibətilə tədbir keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bayram münasibətilə əməkdaşları təbrik edib və xalqımız tərəfindən Novruz bayramının tarixboyu “Yeni gün”ün, “Yeni il”in başlanğıcı kimi qeyd edildiyini diqqətə çatdırıb.
Daha sonra mərkəzin əməkdaşlarının ifasında “Dəli Kür” filmindən səhnə nümayiş etdirilib. Tədbir Bülbül adına musiqi məktəbinin şagirdlərinin konsert proqramı ilə davam edib.

Ekologiya 2019-03-19 16:07:00