×
A
A
A
Sazlamalar

Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçirib

Bakı, 19 mart, AZƏRTAC
Mərkəzi Bank 2 saylı Bakı "ASAN Kommunal" mərkəzində (Bakı Dəmir Yolu Vağzalının 2-ci mərtəbəsi) "Novruz xonçası" adlı maarifləndirici tədbir keçirib.
Bankdan AZƏRTAC-a bildirilib ki, aksiya xarakterli tədbirdə əhalinin maliyyə savadlılığına diqqətini yönəltmək üçün onlara "Büdcəmizi qurmağı öyrənək", "Ödəniş kartları" və digər öyrədici bukletlər, maarifləndirici animasiyalarla zəngin elektron daşıyıcılar paylanıb və maraqlanan gənclərə Mərkəzi Bankın Virtual Təhsil Platforması (edu.e-cbar.az) haqqında ətraflı məlumat verilib.
Mərkəzi Bank "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi", "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi", həmçinin "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" üzrə əsas icraçısı olduğu maarifləndirmə və təbliğat işlərini genişləndirərək, hədəf qruplarına istiqamətlənmiş tədbirləri bundan sonra da həyata keçirəcək.

Maliyyə 2019-03-19 15:41:00