×
A
A
A
Sazlamalar

Yohan Vadeful: Qarabağ Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir

Berlin, 19 mart, AZƏRTAC

Almaniya Parlamentində XDİ/XSİ fraksiyası sədrinin müavini Yohan Vadeful Azərbaycanın Dağlıq Qarabağ regionunu birmənalı olaraq işğal edilmiş ərazi kimi səciyyələndirərək deyib: “Bir məsələ aydındır: Azərbaycan ərazisi Ermənistan tərəfindən qeyri-qanuni işğal edilib”.
AZƏRTAC xəbər verir ki, Vadeful bu fikri Xocalı qırğınının 27-ci ildönümü münasibətilə Almaniya-Azərbaycan forumu, Azərbaycanın AFR-dəki səfirliyi və Almaniya Atlantik Cəmiyyəti tərəfindən Berlində təşkil edilmiş “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik: Almaniya-Azərbaycan tərəfdaşlığının perspektivləri” mövzusunda simpoziumda söyləyib.
Rəsmi Bakının iqtisadiyyatın şaxələndirilməsi təşəbbüsünü yüksək qiymətləndirən Vadeful Azərbaycanı “Cənubi Qafqazda Almaniyanın ən mühüm ticarət tərəfdaşı” adlandırıb.
Siyasətçi deyib: “Biz Azərbaycanı enerji təchizatının şaxələndirilməsi məsələlərində etibarlı tərəfdaş kimi qiymətləndiririk”.

Vüqar Seyidov
AZƏRTAC –ın xüsusi müxbiri
Berlin

Siyasət 2019-03-19 15:10:00