×
A
A
A
Sazlamalar

Bu gün Türkiyədə Koroğlunun nəhəng abidəsinin açılışı olacaq

Bolu, 19 mart, AZƏRTAC

Bu gün Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, abidə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə 2016-cı ildə həyata keçirilən “Koroğlu” abidəsi memarlar müsabiqəsi əsasında ucaldılıb.
Abidənin müəllifi Qazaxıstanın tanınmış memarı Murad Mansurovdur. Abidənin açılışından sonra mərasim geniş bədii hissə ilə davam etdiriləcək.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bolu

Mədəniyyət 2019-03-19 14:53:00