Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Novruz qarı: Ləzədə 17, Qırızda 11 santimetr VİDEO

Quba, 19 mart, Elxan Yusifli, AZƏRTAC

Qubanın ucqarda yerləşən Qırız və Xınalıq, həmçinin Qusar rayonunun Ləzə kəndlərinin sakinləri Novruz bayramını qarlı hava ilə qarşılayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 18-dən başlayaraq yüksək dağlıq ərazilərdəki yaşayış məntəqələrinə qar yağıb. Qar yağması ilə əlaqədar temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qarın hündürlüyü Ləzədə 17, Qırızda 11, Xınalıq kəndində isə 6 santimetrə çatır.
Xınalıq sakinləri bildiriblər ki, Novruz bayramı öncəsi qar yağmasına adət ediblər. Mart ayının ikinci ongünlüyündə yağan qarı Novruz qarı adlandırırlar. Amma bu dəfə qar həmişəkindən daha çox yağıb.

Regionlar 2019-03-19 14:08:00

Video