×
A
A
A
Sazlamalar

Gəncədə ilk dəfə olaraq retro avtomobillərin sərgisi keçirilib

Gəncə, 19 mart, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə ilk dəfə olaraq “Avtoklub Azərbaycan”ın təşkilatçılığı ilə açılan retro avtomobillərin sərgisi şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgi “Grand Qafqaz” Ticarət Kompleksinin sponsorluğu, “Avtoehtiyat.com”, “Azericars.az” və “Ens.az” saytlarının media dəstəyi ilə keçirilib.
İlk olaraq klubun yaranma tarixindən danışılıb. Sonra isə sərgidə iştirak edən avtomobillər haqqında ətraflı məlumat verilib. Tədbirin təşkilatçısı və klubun təsisçisi Natiq Əliyev bildirib ki, sərginin keçirilməsində məqsəd Gəncə şəhərində olan retro avtomobilləri aşkar etmək, onları həm Gəncəbasar bölgəsində, həm də respublikamızda olan avtomobil həvəskarlarına tanıtmaqdır.
Bu cür sərginin Gəncə şəhərinin sakinləri üçün yenilik olduğunu deyən Natiq Əliyev qeyd edib ki, belə tədbirlər xüsusən də gənc nəslin asudə vaxtlarını səmərəli keçirməsi üçün vacibdir.
Sonra hər bir avtomobil həvəskarını kluba üzvlüyə dəvət edən Natiq Əliyev, gələcəkdə klubun təşkilatçılığı ilə daha maraqlı tədbirlərin keçiriləcəyini deyib.
Sonda retro avtomobillərlə tanışlıq olub.
AZƏRTAC-0-

Regionlar 2019-03-19 14:03:00