×
A
A
A
Sazlamalar

Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazıb

Bakı, 19 mart, AZƏRTAC

Avropa Şurasının rəsmi saytı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Strasburqda ərsəyə gətirdiyi “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı haqqında geniş məlumat yerləşdirib.
AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “Dünyaya açılan ədəbi pəncərə – 28 hekayədən ibarət bu toplu sizi Azərbaycan ədəbiyyatına maraqlı bir səyahətə aparacaq. Əsasən, XIX əsrdən bu günümüzədək dövrün mənzərəsini əks etdirən ədəbi nümunələrlə siz bu əsrarəngiz ölkəni, onun paradoks və paradiqmalarını kəşf edəcəksiniz”.
“Azərbaycan ədəbiyyatı antologiyası” kitabının təqdimatı martın 23-də Kleber kitabxanasının “Ağ zal”ında keçiriləcək. Tədbirin moderatoru Tyeri Edmondur.
Tədbirdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri Afaq Məsud, Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan dö Tapia, Strasburq Universitetinin filologiya fakültəsinin dekanı, professor Jan-Pol Meyer, yazıçı Mişel Kop, Kəpəz Nəşriyyat Evinin nümayəndələri Jan-Emanüel Medina və Alber Vakın çıxışları nəzərdə tutulub.
Məlumatla aşağıdakı linkdən daha ətraflı tanış olmaq olar: https://www.amicale-coe.eu/fr/news/2004-presentation-de-louvrage-anthologie-de-la-litterature-azerbaidjanaise-23-mars.html.

Mədəniyyət 2019-03-19 13:03:00