×
A
A
A
Sazlamalar

Paytaxt sakininin bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Bakı, 19 mart, AZƏRTAC 

Paytaxtda bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəsibovun bank hesabından 523 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Məmmədov saxlanılıb.

Hadisə 2019-03-19 12:46:00