×
A
A
A
Sazlamalar

Novruz bayramı günlərində Lənkəran Dövlət Dram Teatrı uşaqları yeni tamaşa ilə sevindirəcək

Lənkəran, 19 mart, Bağır Əliyev, AZƏRTAC

Hər il olduğu kimi, bu il də Novruz bayramı və məktəblilərin yaz tətili günlərində Lənkəran Dövlət Dram Teatrı uşaqları yeni bayram tamaşası ilə sevindirəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 22-dən 25-dək teatrın səhnəsində gündə iki dəfə Tərlan Abdullayevin müəllifi və quruluşçu-rejissoru olduğu “Sehirlənmiş qız” musiqili nağıl-tamaşası nümayiş etdiriləcək.
Dostluq, mehribanlıq ideyasını təlqin edən səhnə əsərinin quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rollarda aktyorlardan Əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Aysel Cahangirova, Arzu Abbaszadə, Məleykə Cəfərova, Amil İbrahimli və başqaları çıxış edirlər.

Regionlar 2019-03-19 12:26:00