Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sabirabadda Novruzun gəlişi böyük coşqu ilə qeyd olunub

Sabirabad, 19 mart, Mahir Babayev, AZƏRTAC

Sabirabadda ruzi və bərəkət rəmzi olan Novruzun gəlişi böyük coşqu ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və yüzlərlə sadə sabirabadlı iştirak edib.
Mərasim iştirakçıları əvvəlcə Novruzun atributları ilə bəzədilən şəhərdəki Heydər Əliyev parkında rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları, məktəblilərin əl işləri, milli mətbəximizin nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov sakinləri bayram münasibətilə təbrik edib və Novruzun tarixinə qısa nəzər salıb. Qeyd olunub ki, ta qədimdən xalqımız bu bayramı həmişə əziz tutub və bütün yasaqlara baxmayaraq onu yüksək səviyyədə qeyd edib.
Mərasimdə gözəl adət və ənənələrimizi özündə əks etdirən Novruzun ölkəmiz müstəqilliyə qovuşduqdan sonra xalqımız və dövlətimiz tərəfindən daha əziz tutulması və onun gəlişinin hər il dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi hərtərəfli qayğının bariz nümunəsi olduğu xüsusi vurğulanıb.
Meydanda bayram tonqalı qalandıqdan sonra Dədə Qorqud və Bahar qız da bayram şənliyinə qatılıb. Kosa və Keçəlin oyunları, bahara həsr olunan konsert proqramı alqışlarla qarşılanıb.

Regionlar 2019-03-19 12:10:00