×
A
A
A
Sazlamalar

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar

Bakı, 19 mart, AZƏRTAC

Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkcə oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahovu saxlayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-03-19 12:02:00