×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 350 milyon manat cəlb edir

Bakı, 19 mart, AZƏRTAC

Martın 27-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 12 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,01-8,99 faiz təşkil edir.

Maliyyə 2019-03-19 11:26:00