×
A
A
A
Sazlamalar

Bakı Limanı uşaqlar üçün Novruz şənliyi təşkil edib

Bakı, 19 mart, Elvin Camalov, AZƏRTAC

Bakı Limanı uşaqlar üçün Novruz şənliyi təşkil edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Limanın təşkilatçılığı ilə ənənəvi olaraq Novruz bayramı münasibətilə 8 saylı internat, Şuşa rayonunun 1 saylı Malıbəyli kənd məktəblərinin və Xankəndi rayon məktəbinin şagirdləri və Liman əməkdaşlarının övladları üçün Novruz şənliyi təşkil olunub. Şənlikdə uşaqlar üçün əyləncəli proqram nümayiş edilib və hədiyyələr verilib.

Nəqliyyat 2019-03-19 11:16:00