Moskvada Osman Eyyublunun konserti olub
Moskva, 19 mart, AZƏRTAC
Moskvada “Azərbaycan ifaçıları Moskva Konservatoriyasının kamera zallarında” silsiləsi çərçivəsində Osman Eyyublunun (skripka, fortepiano) konserti olub.
AZƏRTAC xəbər verir ki, “Gecənin şıltaqlığı” adlı konsertdə Paqanini, Şopen, Rohberq, Şarrino, Berio, Pyart kimi bəstəkarların əsərləri səslənib. Gecəni sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov aparıb.
Osman Eyyublu Bakıda anadan olub, Bakı Musiqi Akademiyasını bitirib. O, Almaniya, Yunanıstan, İsrail, Rusiya, Fransa və İsveçrədə konsertlərlə çıxış edib. Hazırda Avstriyanın Qrats şəhərində Musiqi və İfaçılıq Sənəti Universitetində magistraturanı bitirmək üçün imtahan konsert proqramı hazırlayır. Eyni zamanda İvan Zaytsa adına Xorvatiya Dövlət Teatrında (Riyeka şəhəri) orkestrin aparıcı solisti işləyir. Musiqiçi “Podium” festivalı (Almaniya) və “Schallfeld” ansamblı (Avstriya) ilə daim əməkdaşlıq edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Filarmoniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Moskvada Yunus Əmrənin büstü qoyulacaq
Teymur Bayramov: Fəxri xiyabandakı izdiham Ulu Öndərə sevginin, məhəbbətin göstəricisidir