×
A
A
A
Sazlamalar

Uşaq musiqi məktəbinin şagirdləri xarici bəstəkarların əsərlərini məharətlə səsləndiriblər

Bakı, 19 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində Novruz bayramına həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə məktəb şagirdlərinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri məharətlə səsləndirilib.
Tədbirin sonunda məktəbin direktoru, Əməkdar müəllim Fikrət Budaqov çıxış edərək şagird və müəllim kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.

Mədəniyyət 2019-03-19 04:20:00