×
A
A
A
Sazlamalar

Pirallahıda Novruz şənliyi təşkil edilib

Bakı, 19 mart, AZƏRTAC 

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə rayonundakı Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Mədəniyyət Mərkəzinin həyətində Şirvan folklor qrupunun ifasında “Yallı” musiqisi səsləndirilib.
Bahar qızı qonaqları xonça ilə qarşılayıb. Kosa-Keçəlin məzəli çıxışlarından sonra Dədə Qorqud əlindəki məşəllə tonqalı alovlandırıb.
Daha sonra Mədəniyyət Mərkəzinin foyesində 168, 186, 231, 235 və 243 nömrəli tam orta məktəblərin və “Bulaq”, “Cırtdan” bağçalarının hazırladıqları sərgilərə baxış keçirilib.
Tədbirin bədii hissəsi Mədəniyyət Mərkəzinin akt zalında davam edib. Konsertdə tanınmış müğənnilər, “Şirvan” folklor qrupu, “Sevinc” ansamblı çıxış ediblər.

Mədəniyyət 2019-03-19 00:23:00