×
A
A
A
Sazlamalar

Xorvatiyada Azərbaycan məhsulları sərgilənib

Zaqreb, 18 mart, AZƏRTAC

Xorvatiyada hər il keçirilən “ViroExpo-2019” Beynəlxalq İqtisadi, Peşə və Kənd Təsərrüfatı sərgisində Azərbaycan da təmsil edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəliyinin dəstəyi ilə Azərbaycan istehsalı olan məhsullar burada sərgilənib.
Ölkə stendində Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrini, investisiya və kənd təsərrüfatı imkanlarını əks etdirən bukletlər, milli mədəniyyətimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenir və əşyalar, xalçalarımız barədə nəşrlər, “Azərbaycan İxrac Kataloqu”, ölkəmizlə bağlı xorvat dilinə tərcümə olunmuş broşürlər, Azərbaycan istehsalı olan şərab, meyvə şirələri, müxtəlif çeşidli mürəbbələr, bal, çay, düyü nümunələri nümayiş etdirilib və qonaqlara paylanılıb. Azərbaycan stendi xüsusi maraq cəlb edib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

İqtisadiyyat 2019-03-18 19:05:00