×
A
A
A
Sazlamalar

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinin iclası keçirilib

Bakı, 18 mart, AZƏRTAC 

Bakı şəhəri üzrə tələbə gənclər təşkilatları (TGT) sədrlərinin iştirakı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Avrasiya Universitetində keçirilən iclasda TGT-lərin elektron hesabatlarının və iş planlarının təhvil verilməsi, insan resurslarının inkişafı istiqamətində fəaliyyətin gücləndirilməsi, bəzi üzv təşkilatlarda hesabat-seçki konfransının keçirilməsi və Azərbaycan Tələbə Kartı ilə bağlı müzakirələr aparılıb.
ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək bildirib ki, qarşıya qoyulan əsas məqsədlərdən biri bütün ali təhsil müəssisələrində TGT-lərə müvafiq kabinetlərin ayrılması, sədr və müavinlərin maaşla təmin edilməsidir. O, ATGTİ-nin strukturundan, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb, TGT-lərin əsas missiyasının tələbələrə xidmət etmək olduğunu deyib. TGT-lərdə AMİS avtomatlaşdırılmış sisteminin tətbiq olunacağını vurğulayan sədr bu sistem sayəsində TGT-lərin saytının, e-mailinin, hər bir üzvün şəxsi kabinetinin yaradılacağını bildirib.
İclasda TGT sədrlərinin təklifləri dinlənilib, fəal tələbə gənclər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sosial 2019-03-18 20:06:00