×
A
A
A
Sazlamalar

Elmi seminar: Çanaqqala: 104 illik qəhrəmanlıq dastanı

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Çanaqqala: 104 illik qəhrəmanlıq dastanı” mövzusunda seminar təşkil edilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) vitse-prezidenti Mətanət Əsgərova bu tarixi hadisənin əhəmiyyətindən söz açıb. Tarix və coğrafiya fakültəsinin tələbəsi, seminarın təşəbbüskarı Elsevər Cəlilov qeyd edib ki, tədbirin təşkilində əsas məqsəd tarixi hadisələri yaşatmaqdır.
Tədbirdə “Çanaqqala zəfəri” adlı videoçarx nümayiş olunub.
Sonra ekspert Taleh Cəfərov Çanaqqala savaşının baş verdiyi tarixi şərait, bu zaman Osmanlı imperiyasının qarşılaşdığı gərgin geosiyasi vəziyyət barədə məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Elm və təhsil 2019-03-18 19:31:00