×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutu Novruzu qeyd edib

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan rektor Ceyhun Məmmədov Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərə sadiq qalmasından, öz zəngin mənəvi sərvətlərini əsrlərboyu yaşadıb və inkişaf etdirməsindən danışıb. Vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması müasir dövrümüzdə də aktualdır.
Rektor diqqətə çatdırıb ki, milli-mənəvi və dini dəyərlərimizin qorunmasında və inkişafında ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Mənəvi dəyərlərimizin, milli hisslərimizin oyanışının əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulub. Ulu Öndərin təşəbbüsünün nəticəsi olaraq, ölkəmiz illərdir Novruzu rəsmi dövlət bayramı kimi qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti böyük uzaqgörənliklə və uğurla davam etdirir.
Ceyhun Məmmədov Novruz bayramının tarixi və mədəni əhəmiyyətindən danışaraq deyib: “Əsrlərboyu Azərbaycan xalqı bu bayramı qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb. Novruz bayramı insanları bir-birinə yaxınlaşdırır, qohumlar bayramlaşır, küsənlər barışır, bayram süfrələri təşkil olunur. Bu bayram mənəvi xəzinəmizdir, ali dəyərimizdir, milli adət-ənənəmizdir”.

Elm və təhsil 2019-03-18 19:01:00