×
A
A
A
Sazlamalar

İbtidai siniflər üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının hazırlanması ilə bağlı müzakirələr aparılıb

Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) ibtidai sinif səviyyəsi üzrə Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının hazırlanması ilə bağlı müzakirə keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müzakirədə Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, Bakı şəhəri 82 nömrəli tam orta məktəbin müəllimi Aybəniz İbrahimova, Abşeron rayonu Saray qəsəbə, 2 nömrəli tam orta məktəbin müəllimi Esmira Hacıyeva və Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Gözəl Abbasova iştirak ediblər.
Müzakirə nəticəsində qiymətləndirmə kitabçalarının strukturu və məzmunu müəyyən edildi, müəllif qrupları müəyyənləşdirildi. Növbəti müzakirə martın 27-də keçiriləcək.

Elm və təhsil 2019-03-18 19:20:00