×
A
A
A
Sazlamalar

Toxumçuluq və bitki mühafizə vasitələri mövzusunda seminar keçirilib

Bakı, 18 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Aqronomlar İttifaqı və “HH-Group” şirkətinin təşəbbüsü ilə toxumçuluq və bitki mühafizələri sahəsində elmi-praktik seminar keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda Rusiya Federasiyası, Hollandiya və Türkiyədən olan mütəxəssislərlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətin və müvafiq qurumların əməkdaşları, o cümlədən sahibkarlar iştirak ediblər.
Seminarda bitki mühafizə vasitələrinin və gübrələrin rasional istifadəsi yolu ilə bitkinin və torpağın aqrokimyəvi yükünün azaldılması, tərəvəz toxumlarının keyfiyyət göstəriciləri və xarici bazarlarda bitkiçilik məhsullarının rəqabətliyinin artırılması məsələləri müzakirə olunub.

Sosial 2019-03-18 19:22:00