×
A
A
A
Sazlamalar

Cüdoçularımız Göygöldə təlim-məşqləri davam etdirirlər

Bakı, 18 mart, AZƏRTAC

Cüdo üzrə böyüklərdən və gənclərdən ibarət Azərbaycan yığması Göygöldə təlim-məşqləri davam etdirir.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığmanın baş məşqçisi Ruslan Maşurenkonun və gənclərdən ibarət komandanın baş məşqçisi Elçin İsmayılovun rəhbərliyi ilə keçirilən təlim-məşqlər martın 28-dək davam edəcək.
Yığma komandamız Gürcüstanda keçiriləcək Qran-Pri yarışlarına hazırlaşır. Komandamız Tbilisidə geniş heyətlə - 14 cüdoçu ilə təmsil olunacaq.
Gənc tatami ustalarımız isə aprelin 6-7-də İtaliyada təşkil olunacaq Avropa kubokunda güclərini sınayacaqlar. Qitə kubokunda Azərbaycanı 13 idmançı təmsil edəcək.

 

İdman 2019-03-18 19:11:00