×
A
A
A
Sazlamalar

Azərbaycan elektrik enerjisi ixracını artırıb

Bakı, 18 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycanın elektrik enerjisi ixracı artıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ötən 2 ayda ölkədən 701 milyon 931 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 30 milyon 471 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 398 milyon 840 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri isə 20 milyon 290 min dollar olub.

Energetika 2019-03-18 19:04:00