×
A
A
A
Sazlamalar

“Kəlağayım - milli örpəyim!” adlı ədəbi-bədii gecə təşkil edilib

Bakı, 18 mart, AZƏRTAC

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Kəlağayım - milli örpəyim!” adlı ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və təbliğinə həsr olunmuş tədbirdə kəlağayının yaranma tarixindən, istehsal prosesindən, coğrafiyası və onunla bağlı adət-ənənələr barədə geniş məlumat verilib.
Tədbirdə şəhər ümumtəhsil məktəblərinin şagirdləri maraqlı kompozisiya ilə çıxış ediblər.

Mədəniyyət 2019-03-18 18:04:00