×
A
A
A
Sazlamalar

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb

Bakı, 18 mart, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, martın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 207 kubmetr olmaqla ongünlük normanın 86 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 48 kubmetr təşkil etməklə ongünlük normanın 58 faizinə bərabərdir.
Martın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 santimetr artım qeydə alınıb. Lakin Salyan və Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 312, Şirvanda 155, Salyanda 76, Bankədə 167, Araz çayının Novruzlu məntəqəsində isə 19 santimetrə bərabərdir.

Ekologiya 2019-03-18 18:38:00