×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasında “Xoş gəldin bahar” adlı konsert proqramı təqdim olunub

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Xoş gəldin bahar” adlı konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, akademiyanın təşkilatçılığı ilə reallaşan konsertdə gənc musiqiçilərin ifaları dinlənilib.
Əvvəlcə Novruz bayramının tarixi əhəmiyyətindən danışılıb, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub, gələcək nəsillərə ötürdüyü bu bayramın müstəqillik qazandıqdan sonra təmtəraqla qeyd olunduğu vurğulanıb.
Sonra konsert proqramı təqdim edilib.
Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, bir-birindən parlaq ifalar qonaqların zövqünü oxşayıb. Gənc ifaçılar tərəfindən təqdim edilən konsert proqramı maraqla qarşılanıb.

Mədəniyyət 2019-03-18 18:39:00