Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Neft-qaz ixracının Azərbaycanın ümumi ixracındakı payı 89 faizdən çoxdur

Bakı, 18 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 82,61 faizini, təbii qaz 6,74 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 1,54 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 82,67 faiz, təbii qazın 1,33 faiz, neft məhsullarının payı 4,84 faiz olub.

 

Neft - qaz 2019-03-18 18:32:00