×
A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələrinin tutmaq üçün 59 namizəd ərizə verib

Bakı, 18 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 28-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, martın 18-nə olan məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün 59 nəfər ərizə verib. Ən çox müraciət Əqli Mülkiyyət Agentliyində (4 vakant yerə 18 nəfər) qeydə alınıb.
Qeyd edək ki, müsahibəyə çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 11-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i isə B növünə (inzibati icraçı) aiddir.
Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə martın 30-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Elm və təhsil 2019-03-18 18:01:00